Xəzər Xəbər

Rəfiqəsinin cəsədini soyuducuda saxladı, dostu polisə xəbər verdi TÜKÜRPƏDƏN HADİSƏ

Hadisə | 12:06 • 2 Avqust 2017
Rəfiqəsinin cəsədini soyuducuda saxladı, dostu polisə xəbər verdi

ABŞ-ın Ohayo ştatında bir kişi ölmüş rəfiqəsinin meyitini köhnə soyuducuda saxlayıb.

XəzərXəbər "Assoşeyted press”ə istinadən bildirir ki, ölmüş rəfiqəsini soyuducuya yerləşdirən şəxs, həmin evə yaşamaq üçün yeni rəfiqəsini dəvət edib. Bu arada, onu da qeyd edək ki, ev ölmüş qıza aid idi. Yeni gələn rəfiqənin heç nədən xəbəri yox idi və o, mərhumənin itinə qulluq edir, eyni zamanda evin də kreditini ödəyirdi.

Yanqstaun Şəhər Prokurorluğunun bildirdiyinə görə, hadisənin üstünü kişinin dostu açıb. Soyuducuda qadın meyiti görən dost dərhal polisə xəbər edib.

Qadının ölüm səbəbi hələlik məlum deyil. Kişiyə və onun yeni rəfiqəsinə cinayət işi açılıb və işi polis araşdırır.

Məhkəmə həbs olunanların girov qoyulmaqla azad olunmalarını mümkün hesab edir və bunun üçün 1 milyon dollar tələb edib./publika.az

Xəbər lenti