Xəzər Xəbər

Tarif Şurası dərmanların qiyməti ilə bağlı QƏRAR VERDİ

Tarif Şurası daha 168 dərmanın qiymətini təsdiqlədi
Gündəm | 13:43 • 14 Yanvar 2022
Tarif Şurası dərmanların qiyməti ilə bağlı QƏRAR VERDİ

Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.

XəzərXəbər xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının iclasında qərar verilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Xəbər lenti