Xəzər Xəbər

Azərbaycanda məktəblər yenidən qapanmaya gedir? - AÇIQLAMA

Gündəm | 9,325 | 11:48 • 11 Yanvar 2022
Azərbaycanda məktəblər yenidən qapanmaya gedir? - AÇIQLAMA

"Hesab edirəm ki, qısa müddətdə yoluxanların sayı sürətlə artarsa, yenidən qapanmaya getmək mümkündür”.

XəzərXəbər xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov son günlər uşaqlar arasında yayılan COVID-19-un "delta” ştamının 10 yaş və üzəri uşaqlarda yayılmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, artıq Azərbaycanda yeni virusun tapılması, yeni zamanda uşaqlar arasında çoxsaylı qrip və buna bənzər virusların olması müəyyən qədər təhlükəli vəziyyət yaradıb:

"Biz Bakının bir neçə mərkəzində davamiyyətlə bağlı monitoriqlər apardıq və müəyyən şəxsləri də sorğulara cəlb etdik. Məlum oldu ki, şagirdlər arasında virusa yoluxma halları müşahidə edilir. Bu da bir başa tədrisə, davamiyyətə öz mənfi təsirini göstərir. Əlbəttə, mövcud virusun Azərbaycanda tapılması, dünya ölkələri ilə müqayisədə, deyə bilərik ki, məktəblər üçün təhlükə yarana bilər”.

Kamran Əsədov bildirib ki, bu gün dünyanın bir sıra ölkələri yenidən qısa müddətli qapanmalara gedir:

"Əgər yeni tapılan ştam Azərbaycanda qısa müddət ərzində yoluxma sayını artıracaqsa və uşaqlar arasında mövcud, bəzən rəsmilərin dediyi mövsümü xəstəlik formatında olacaqsa, bir müddət məktəblər yenidən qapanmaya gedə bilər. Çünki dünyanın bir sıra ölkələri artıq yeni virus ştamından sonra bu addımı atıblar. Düşünürəm ki, Azərbaycan da buna gedə bilər. Təhlükəli olsa belə, buna məcburuq. Çünki yeni ştam sürətlə yoluxur. Bu təcrübədən dünyanın bir sıra ölkələri yararlanıblar”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev son günlər uşaqlar arasında yayılan virusla bağlı açıqlama verib. O, bildirib ki, COVID-19-un "alfa” ştamı daha kiçik yaşlı uşaqlarda rast gəldiyimiz halda, "delta” ştamı 10 yaş və üzəri uşaqlarda daha çox müşahidə edilib. 

Xəbər lenti

Çox oxunanlar