Xəzər Xəbər

Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib

Gündəm | 18:35 • 4 Dekabr 2021
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib

Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.

Dövlət Təhlükəsizliyi Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, mina xəritələri aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfinə verilib.

“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə erməni əsilli 10 hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Xəbər lenti