Xəzər Xəbər

Azərbaycanı Naxçıvanla birləşdirən quru yolun çəkilişlərinə başlanılıb? Açıqlama

Gündəm | 15:12 • 19 Aprel 2021
Azərbaycanı Naxçıvanla birləşdirən quru yolun çəkilişlərinə başlanılıb?

Azərbaycanı Naxçıvanla birləşdirən quru yolun çəkilişlərinə start verildiyinə dair məlumatlar yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında bildirib ki, hələlik işlərə başlanılmayıb:

“İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunacaq. Hazırda isə belə qərar yoxdur. Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yolunun Horadiz-Mincivan hissəsi layihələndirmə mərhələsindədir”.

Qeyd edək ki, 10 nobar 2020-ci ildə qəbul edilmiş üçtərəfli bəyanata görə, Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqələrinin yaradılması nəzərdə tutulur. Dəhliz vasitəsilə daha çox yükün Naxçıvan və Türkiyə, eyni zamanda Türkiyə vasitəsilə digər ölkələrə daşınması həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar