Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda 6 dərəcə şaxta var FAKTİKİ HAVA

Gündəm | 119 | 15:29 • 24 Fevral 2021
Bakıda 6 dərəcə şaxta var

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 15:00-a olan məlumatına əsasən, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Xidmətdən xezerxeber.az-a bildiriblər ki, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Lerikdə 16, Qrızda 14, Gədəbəydə 12, Xaltan, Ağsu, Şamaxıda 11, İsmayıllıda 10, Mərəzədə 9, Qusarda 8, Qubada 7, Kişçayda (Şəki) 6, Lənkəran, Şabran, Altıağacda 4, Xınalıq, Oğuz, Qəbələdə 3, Göyçay, Astarada 2, Şəki, Xaçmaz, Zərdab, Yardımlıda 1, Bakıda 23, Sumqayıtda 8, Binədə 7, Maştağada 5 santimetr olub.

Şimal-qərb küləyi əsib, Neftçalada 28, Naftalanda 24, Salyanda 23, Hacıqabul, Ceyrançöldə 20, Mingəçevir, Tərtərdə 18, Ağstafa, Xaçmaz, Beyləqan, Tovuzda 16, Biləsuvarda 15, Qum adası, Maştağada 28, Neft Daşları, Pirallahı, Bakıda 25, Sumqayıtda 23, Binədə 22, Çilov adasında 21 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6.4 metrə çatıb.

Hazırda Bakıda 6° şaxta müşahidə olunur.

Çox oxunanlar