Xəzər Xəbər

28 ildə 3 atəşkəs: ermənilərin “sədaqətinə” baxın - FOTO

Gündəm | 13:57 • 12 Oktyabr 2020
28 ildə 3 atəşkəs:

Ermənistanın atəşkəs razılaşmalarına necə "sədaqət” nümayiş etdirdiyini biz yaxın 30 illik tariximizdən bilirik.

XəzərXəbər bununla bağlı 3 tarixi və 3 fotonu təqdim edir.

Birinci foto1992-ci il 21 fevralda çəkilib. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə həmin gün atəşkəs razılaşması imzalandı.

5 gün sonra – 1992-ci il fevralın 26-sında Xocalı soyqırımı törədildi.

İkinci fakt 1992-ci il 7 maya aiddir. Həmin gün Tehranda İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan atəşkəs imzaladı.

Bir gün sonra – mayın 8-i Şuşa işğal edildi.

Nəhayət, sonuncu fakt və foto 2020-ci il oktyabrın 10-una aiddir. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılığa gəlindi.

Həmin günün gecə saatlarında ermənilər Gəncəyə raket zərbələri endirdi və 9 dinc sakinin ölümü, 34 nəfərin ağır yaralanması ilə nəticələnən terakt törətdi.

axar.az

Xəbər lenti

Çox oxunanlar