Xəzər Xəbər

Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası mayın 23-24-də Bakıda keçiriləcək

Gündəm | 12:32 • 22 May 2019
Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası mayın 23-24-də Bakıda keçiriləcək

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası cari ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iclas Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə təşkil olunacaq.

Xəbər lenti

Çox oxunanlar