Xəzər Xəbər

Jurnalist Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir

Gündəm | 12:35 • 22 May 2019
Jurnalist Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir

Azərbaycanın Rusiyadakı səfirliyi jurnalist Fuad Abbasovun Moskvada saxlanılması ilə bağlı bütün lazımi tədbirləri görür.


Azərbaycanlı jurnalistin Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması ilə əlaqədar səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində onunla görüşüblər. Səfirliyin məlumatında deyilir ki, böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür. Məsələ səfirliyin nəzarətindədir.

Xəbər lenti