Xəzər Xəbər

Muzdla çalışanların maaşı artıb - 540,1 manat

Gündəm | 09:04 • 10 Yanvar 2019
Muzdla çalışanların maaşı artıb - 540,1 manat
Ötən il muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2,9 faiz artıb.


Dövlət Statistika Komitəsindən bildirilib ki, dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xəbər lenti