Xəzər Xəbər

Ramiz Mehdiyev MDB Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirak edir

Gündəm | 12:09 • 21 Noyabr 2018
Ramiz Mehdiyev MDB Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirak edir
Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin sayca 6-cı illik görüşü keçirilir.


Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdə Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdə iştirak edir.

"Təhlükəsizlik Şuralarının katibləri terror fəaliyyətlərinin maliyyələşdirilməsinin qarşını almaq üzrə birgə iş, o cümlədən də cinayətkar yollarla əldə olunan gəlirlərin qanuniləşdirilməsinə qarşı mübarizə istiqamətlərini müzakirə edirlər. Müzakirələrin gündəliyinə həmçinin, MDB məkanında regional təhlükəsizliyin təmin edilməsinin digər aktual məsələləri, Təhlükəsizlik Şuraları xətti ilə beynəlxalq əməkdaşlıq mövzusu daxildir ” – məlumatda qeyd olunub.

İclası açan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vurğulayıb ki, görüşün gündəliyi MDB-yə üzv dövlətlər üçün ümumi təhdid və çağırışlarla bağlı problemləri ehtiva edir.

Xəbər lenti