Xəzər Xəbər

Veteran adının verilməsi qaydası dəyişdi

Gündəm | 09:50 • 2 Oktyabr 2018
Veteran adının verilməsi qaydası dəyişdi
Nazirlər Kabineti "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 1995-ci il 22 sentyabr tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.


XəzərXəbər xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.


Qərara əsasən Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə "hərbi biletlər” sözlərindən sonra "(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və "yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra "(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə olunub.

Rubrikanın digər xəbərləri

Qazaxın 4 kəndi ilə bağlı protokol
Qazaxın 4 kəndi ilə bağlı protokol İMZALANDI
23:53 • 15 May 2024
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
23:40 • 15 May 2024
Lukaşenko Azərbaycana dövlət səfərinə
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir
19:50 • 15 May 2024
Bakıda "Fintex Summit 2024" ilk gününü
Bakıda "Fintex Summit 2024" ilk gününü YEKUNLAŞDI
19:30 • 15 May 2024
Əfv Komissiyasının növbəti
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:55 • 15 May 2024
Separatçıların həbs müddəti
Separatçıların həbs müddəti UZADILDI
17:30 • 15 May 2024
Şuşada üçüncü yaşayış kompleksindən
Şuşada üçüncü yaşayış kompleksindən YENİ XƏBƏR
16:55 • 15 May 2024

Xəbər lenti