"Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə sosial iqtisadi göstəricilər yüksəlib" XəzərXəbər xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov AMEA-nın
ümimi yığıncağındakı çıxışında deyib. Nazir bildirib ki, kənd
təsərrüfatı ölkənin problemlərinin həllində, xüsusilə regionlarda
yaşayan insanların məşğulluğunda önəmli rol oynayır.
"Vətəndaşların
keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta
axının qarşısının alınması qarşıda duran vəzifələrdəndir. Nazirliyin
qarşısında 3 əsas prinsip qoyulub: kəndli və fermerlərə yaxınlıq, kənd
təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların
tətbiqini həyata keçirmək. Bu gün nazirlik fəaliyyətini 5 əsas istiqamət
üzrə inkişaf etdirir. Aqrar Universitetin fəaliyyətin
təkmilləşdirilməsi beynəlxalq təcrübənin öyrənilməsi də əsas
istiqamətlərdəndir".
İ.Kərimov qeyd edib ki, elmi resursları
səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar: "Bu
gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var".