Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə
bağlı ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına
məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər.
XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib. Belə ki, iyunun 8-dən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi saytının (www.migration.gov.az) "Elektron xidmətlər” pəncərəsinə daxil olaraq "Ölkəyə gəliş və ölkədən gedişə məhdudiyyəti yoxla” bölməsini seçib, şəxsin adını, soyadını, doğum tarixini, pasportunun və ya digər sərhədkeçmə sənədinin nömrəsini və vətəndaşlığını daxil edib axtar düyməsini sıxmaqla bu barədə məlumat almaq olar.