Şirvan-Salyan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
"Azərbaycan Avtomobil Yoları" Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir.
II
texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi eni 15
metr təşkil edir. Bura 7.5 metr enində hərəkət hissə, və hər bir
sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3.75 metr təşkil
edəcək.
Layihə çərçivəsində yolun normativ eninin alınması üçün
zəruri olan yerlərdə genilədirmə işləri aparılır, yolun deformasiyaya
uğramiş yatağı qazılaraq çıxarılır, genişləndirilmiş və qazılaraq
çıxarılmış ərazilərə yararlı qrunt tökülərək yayılır və kipləşdirilir.
Torpaq
yatağı hazır olan hissələrdə yol əsasının inşası işləri aparılır. Yol
əsasının alt layı 30 sm qalınlıqda qum-çınqıl, üst layı isə 12 sm
qalınlıqda optimal-qırmadaş qarışığından inşa edilir. Bunun ardınca
yolun asfaltlanması işləri aparılır. 2 laydan ibarət asfalt-beton örtüyü
üçün 7 sm qalınlıqda iri dənəli, 5 sm qalınlıqda isə xırda dənəli
asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Artıq yolun 7
km-ə yaxın hissəsində əsaslı tikinti işləri aparılaraq yekunlaşdırılıb.
Ümumilikdə isə yolun 280 min kv.m-dən çox hissəsinin asfaltlanması
nəzərdə tutulub. Yol boyu çiyinlərin bərkidilməsi işləri də görülür ki,
bunun üçün 20 sm qalınlıqda optimal-çınqıl qarışığından istifadə olunur.
Layihəyə
uyğun olaraq yol boyu mövcud suötürücü borular köhnəlib sıradan çıxdığı
üçün yenilərinin inşasına zərurət yaranıb. Bunun üçün yola hər birinin
uzunluğu 15 metr olan 25 ədəd 1 metr və 4 ədəd 1.5 metr diametrində
dəmir-beton borular quraşdırılacaq, həmçinin yolun 15.4-cü km-də 1 ədəd
suötürücü qurğu inşa ediləcək. Bundan başqa tikinti işləri çərçivəsində
avtobus dayanacaqlarının tikintisi də nəzərdə tutulan işlərdəndir.
Daha
sonra yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə 362
ədəd yol nişanı və məlumatverici lövhə, 31 km göstəricisi və 1240 ədəd
siqnal dirəyi quraşdırılacaq, 93 km uzunluğunda yolcızgi və yolgöstərici
xətlərinin çəkilişi işləri aparılacaq.
Şirvan-Salyan
avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar
olunurdu. Yol boyu torpaq yatağında, həmçinin örtükdə qabarma və
dağılmalar yaranmışdı. Bu isə rahat şəkildə gediş-gəlişə maneəçilik
yaradırdı. Texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə
aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.
Qeyd
edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20
yaşayış məntəqəsinin 120 mindən çox əhalisinin gediş-gəlişi xeyli
yaxşılaşacaq.