Prezident İlham
Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə
imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
XəzərXəbər xəbər verir ki, sərəncam ümumilikdə 634 nəfərə şamil olunub. Belə ki,
əfv sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607
şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub.
Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və
cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan
məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad
edilib.
Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər
cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər
isə cəzadan azad olunub.