Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin
2018-ci il 26 yanvar tarixli sərəncamına əsasən, İstehlak Mallarının
Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq
Mallarının Mərkəzi Sınaq Laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin
balansına verilib.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, "Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa
İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik
meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın
nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və
ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin
verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin
qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən,
habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqanı müəyyən olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı
şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq
Laboratoriyasına baxış keçirib, laboratoriyanın işçi heyəti və mövcud
vəziyyətlə tanış olub.
Qida Təhlükəsizliyi Agentliyinin sədrinə laboratoriyanın fəaliyyət sahələri barədə ətraflı məlumat verilib.