Xəzər Xəbər

Bakıda "Formula-1" yarışlarına start verilir

Gündəm | 09:55 • 27 Aprel 2018
Bakıda "Formula-1" yarışlarına start verilir
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə start veriləcək.

XəzərXəbər xəbər verir ki, Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.


10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq.

Bu gün "Formula 1" və "Formula 2" üzrə sərbəst yürüşlər təşkil olunacaq. Aprelin 28-də sərbəst və sıralama yürüşü, "Formula 2" üzrə isə birinci yarış keçiriləcək. Aprelin 29-da isə Azərbaycan Qran-Prisi, həmçinin "Formula 2" üzrə ikinci yürüş baş tutacaq.

Xəbər lenti