Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyasının "Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.
Ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov Ümummilli Liderlə söhbətlərin çox maraqlı keçdiyini bildirdi. Qonaq Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.