Xəzər Xəbər

Bakıda övladını bağçaya qoyub evinə qayıdan qadın gördüklərindən dəhşətə gəldi

Gündəm | 13:26 • 14 Noyabr 2012
Bakıda övladını bağçaya qoyub evinə qayıdan qadın gördüklərindən dəhşətə gəldi

Bakının Suraxanı rayonu ərazisində uşağını bağçaya aparan ana qayıdanda evini alt-üst görüb.

Rayon Polis İdarəsindən verilən məlumata görə, Yeni Günəşlidə yaşayan Mahmud Qələmzadənin evi qarət olunub.

Dünən uşağını bağçaya aparan ev sahibinin həyat yoldaşı Təranə Qələmzadə evə qayıdan zaman mənzilin qapısının açıq, evin isə altının üstünə çevrildiyini görüb. O, dərhal polisə məlumat verib.

Məlum olub ki, naməlum şəxslər evdən 3000 manat pul və qızıl-zinət əşyaları aparıblar. Hazırda evin kim tərəfindən oğurlandığı müəyyən edilsə də, bu barədə açıqlama verilmir.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanıb.

milli.az

Xəbər lenti