Xəzər Xəbər

Blinken Səudiyyə Ərəbistanına səfər edib

Dünya | 09:30 • 29 Aprel 2024
Blinken Səudiyyə Ərəbistanına səfər edib

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq böhranını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti daha əvvəl Blinkenin Qəzza zolağında atəşkəs əldə etmək, Fələstin əhalisinə humanitar yardım çatdırmaq və israilli girovlarla bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına iki günlük səfər edəcəyini açıqlamışdı.

Dövlət katibinin Səudiyyə Ərəbistanına səfərindən sonra İsrail və İordaniyaya səfər edəcəyi gözlənilir.

Xəbər lenti