Xəzər Xəbər

Əlcəzair Qəzzaya daha 162 ton humanitar yardım göndərəcək

Dünya | 13:13 • 30 Mart 2024
Əlcəzair Qəzzaya daha 162 ton humanitar yardım göndərəcək

Əlcəzairin Qızıl Aypara Cəmiyyəti Qəzza sektoruna daha 162 ton humanitar yardım göndərəcəyini açıqlayıb.

"Sinxua" agentliyi xəbər yayıb ki, yardım Əlcəzairdən Misirin Əl-Ariş hava limanına, oradan isə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzzaya daşınacaq.

Qeyd edək ki, Əlcəzairin Qızıl Aypara Cəmiyyəti həftənin əvvəlində Qəzza sektoruna 150 ton yardım göndərib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin məlumatına görə, İsrail ordusunun blokadası və bombardmanları nəticəsində Qəzza sektorunda təxminən 2,35 milyon insan aclıqla üz-üzə qalıb.

Xəbər lenti