Xəzər Xəbər

Sarı qum dumanı Tokioya çatıb

Dünya | 10:11 • 30 Mart 2024
Sarı qum dumanı Tokioya çatıb

Çindən hərəkət edən sarı qum-toz dumanı Yaponiyanın paytaxtı Tokioya çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Sinoptiklər paytaxt sakinlərinə xəbərdarlıq ediblər ki, görmə məsafəsi 5 kilometrə qədər azala bilər. Sarı tozun təsirinə məruz qalmamaq üçün açıq havada uzun müddət qalmaq tövsiyə edilmir.

Paytaxtın üzərindəki toz dumanını ancaq şəhərin mənzərəsini təqdim edən təpələrdən görmək mümkündür. Normal şəraitdə hər hansı bir dəyişikliyi müşahidə etmək çətindir.

Proqnozlara görə, bazar ertəsi Tokioda və qonşu regionlarda hava şəraiti normallaşacaq və hava yenidən təmizlənəcək.

Bir gün əvvəl Yaponiyanın qərb bölgələrində - Fukuoka və Osaka prefekturalarında da qum-toz dumanı qeydə alınıb.

Qeyd edək ki, pis hava şəraitinə Qobi səhrasından toz gətirən güclü külək səbəb olub. Toz dumanı əvvəlcə Çindən keçib, sonra Yaponiyaya çatıb. Adətən bu cür hadisələr yazda müşahidə olunur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024