Xəzər Xəbər

İrəvandakı ticarət mərkəzinin dağıntıları altından daha bir cəsəd çıxarılıb

Dünya | 09:21 • 16 Avqust 2022
İrəvandakı ticarət mərkəzinin dağıntıları altından daha bir cəsəd çıxarılıb

İrəvandakı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan açıqlayıb.

“Xilasedicilər dağıntılar altından indicə daha bir cəsəd çıxarıblar. Bu məqama qədər ölənlərin sayı yeddi nəfərə çatıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kostanyan sosial şəbəkədə belə yazıb.

FHN-dən bildiriblər ki, itkin düşənlərin sayı 21 nəfərə yüksəlib. Onların arasında beş İran vətəndaşı və Rusiya vətəndaşı olan bir qadın da var. Son məlumata görə, topdansatış üzrə ixtisaslaşmış “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayış və yanğın nəticəsində 61 nəfər xəsarət alıb.

Yanğını yalnız bazar ertəsi günü səhərə yaxın lokallaşdırmaq mümkün olub. Ermənistan prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi hadisə ilə bağlı cinayət işi açıb.

Xəbər lenti