Xəzər Xəbər

Ukraynadan dəhşətli xəbər gəldi: Rusiya vurdu - XEYLİ SAYDA ÖLƏN VAR

Dünya | 08:48 • 1 İyul 2022
Ukraynadan dəhşətli xəbər gəldi: Rusiya vurdu - XEYLİ SAYDA ÖLƏN VAR

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.

Xəbər lenti