Xəzər Xəbər

Kanadada temperatur rekordu qırıldı - 134 ildən sonra...

Dünya | 18:43 • 21 İyun 2022
Kanadada temperatur rekordu qırıldı - 134 ildən sonra...

Kanada Meteorologiya Xidmətindən verilən açıqlamada, Kanadanın Manitoba əyalətində mövsümi normanı aşan temperaturun 134 illik rekordu qırdığı bildirilib. 

Bunu xarici mətbuat xəbər verir. 

Həftə sonu Vinnipeqdə aparılan ölçmələrdə temperaturun 37 dərəcə selsi olaraq qeyd edildiyi və 1888-ci ilin bu vaxtında bu şəhərdə ölçülən 33,3 dərəcəlik isti rekordunun qırıldığı qeyd edilib.

Həmçinin ştatın bir çox şəhərində rekord temperaturun müşahidə edildiyi açıqlanıb.

Müvafiq olaraq, Karman şəhərində qeydə alınan 36,9 dərəcə selsi temperaturu 1911-ci ildə 32,8 dərəcə selsi olan 111 illik rekordu üstələyib. Sprague şəhərində qeydə alınan 34,8 dərəcə isə 1933-cü ilin 34,4 dərəcə selsi rekordunu qırıb./publika.az

Xəbər lenti