Xəzər Xəbər

Finlandiya və Rusiya Prezidentləri telefonla danışıb

Dünya | 15:30 • 14 May 2022
Finlandiya və Rusiya Prezidentləri telefonla danışıb

Finlandiya Prezidenti Sauli Niinistö və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı bu gün olub.

"Prezident Niinistö Prezident Putinə Rusiyanın 2021-ci ilin sonunda NATO-ya üzv olmamaq tələblərinin və 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin Finlandiyanın təhlükəsizlik mühitini dəyişdiyini söyləyib. Prezident Niinistö Finlandiyanın yaxın günlərdə NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb.

Prezident Niinistö deyib ki, o, artıq prezident Putinə 2012-ci ildəki ilk görüşdə hər bir müstəqil dövlətin öz təhlükəsizliyini maksimum dərəcədə artırmaq hüququnun olduğunu deyib. Bu hələ də belədir. Finlandiya NATO-ya daxil olmaqla öz təhlükəsizliyini gücləndirəcək və öhdəliklərini üzərinə götürəcək. Finlandiya sərhəd qonşuluğunda yaranan praktiki məsələlərlə faktiki və peşəkar şəkildə məşğul olmağa davam etmək istəyir".

“Müzakirə birmənalı və dürüst olub və mübaliğəsiz aparılıb. Gərginlikdən qaçmaq vacib hesab olunurdu", prezident Niinistö deyib.

Bildirilib ki, danışıq zamanı Prezident Niinistö Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində insanların çəkdiyi əzablardan dərin narahatlığını bir daha bəyan edib:

"O, sülhə ehtiyac olduğunu vurğulayıb. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin dinc sakinlərin təxliyyəsinin təmin edilməsi ilə bağlı mesajlarını Putinə çatdırıb". (APA)

Xəbər lenti