Xəzər Xəbər

İran, Rusiya və Çin hərbi dəniz qüvvələrinin birgə təlimi keçiriləcək

Dünya | 12:23 • 19 Yanvar 2022
İran, Rusiya və Çin hərbi dəniz qüvvələrinin birgə təlimi keçiriləcək

İran, Rusiya və Çin hərbi-dəniz donanmasının gücünü və manevr imkanlarını yoxlamaq üçün Fars körfəzində birgə hərbi təlim keçirməyi planlaşdırır.

İran mətbuatı yazır ki, Rusiyaya məxsus bir neçə hərbi gəmi təlimdə iştirak etmək üçün artıq İranın Çabahar limanına gəlib.

Qeyd edək ki, bu dövlətlər 2019-cu ildə Hind okeanında birgə hərbi-dəniz təlimi keçirib. Həmin vaxt təlimə az sayda gəmi cəlb olunmuşdu. Rusiya həmin təlimlərə 3, Çin isə 2 gəmi cəlb etmişdi.

Xəbər lenti