Xəzər Xəbər

Türkiyə Prezidenti Ukraynaya səfərə hazırlaşır

Dünya | 12:10 • 19 Yanvar 2022
Türkiyə Prezidenti Ukraynaya səfərə hazırlaşır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Ukraynaya səfər edəcək.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin sözçüsü İbrahim Kalın məlumat verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə danışdığını bildirən İbrahim Kalın deyib: “Ərdoğan, hətta istəyərlərsə, hər ikisini Türkiyəyə gəlməyə, aralarındakı problemləri və fikir ayrılıqlarını çozmək üçün bir toplantı keçirməyə dəvət etdi. Türkiyə Rusiya ilə Ukrayna arasındakı gərginliyi azaltmaq üçün oynaya biləcəyi hər cür rolu oynamağa hazırdır. Bunu həm Rusiyanın və Ukraynanın dostu, həm də NATO müttəfiqi olaraq edirik”.

Onun sözlərinə görə, Türkiyə nəticələri ağır və geriyə dönüşü olmayan hər cür hərbi addımlardan yayınmaq üçün Rusiya ilə yaxın əlaqə saxlayacaq.

Xəbər lenti

Çox oxunanlar