Xəzər Xəbər

Kulebadan XƏBƏRDARLIQ: Çox sayda rus əsgəri öləcək

Dünya | 09:43 • 9 Dekabr 2021
Kulebadan XƏBƏRDARLIQ: Çox sayda rus əsgəri öləcək

"Rusiyanın qarşısını almaq üçün ABŞ və İngiltərə kimi müttəfiqlərlə çalışırıq".

Bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba İngiltərəyə səfəri zamanı "Sky News"a müsahibəsində deyib.

Ukrayna ordusunun ölkəni müdafiə etməyə hazır olduğunu vurğulayan Kuleba deyib:

"Onlar (müttəfiqlər) iqtisadi cəhətdən hücuma keçə bilərlər. Biz də quruda döyüşəcəyik. Bunu söylədiyim üçün üzgünəm. Amma çox sayda rus əsgəri öləcək. Ümid edirik ki, prezident Putin bunun baş verməsini istəmir".

"Rusiyanı çəkindirmək üçün siyasi mesajlar, sanksiyalar və tərəfdaşlarla daha sıx hərbi əməkdaşlıq daxil olmaqla üç istiqamətli bir yanaşma var", -XİN rəhbəri bildirib./publika.az

Xəbər lenti