Xəzər Xəbər

"Omikron" ştamı bu ölkədə sürətlə yayılır

Dünya | 09:50 • 9 Dekabr 2021
"Omikron" ştamı bu ölkədə sürətlə yayılır

Koronavirusun “Omikron” ştamı Danimarkada sürətlə yayılır.

Krallığın səhiyyə orqanları koronavirusun yeni mutasiyasının ölkə üzrə artan miqyasda yayıldığını qeyd edirlər.

Son günlər bütün Danimarkada virusun yeni ştamı ilə kütləvi yoluxma halları qeydə alınıb. Krallıqda yeni ştamla ilk yoluxma halı noyabrın 27-də qeydə alınıb, lakin dekabrın 7-də ölkədə “omikron”a 398 yoluxma halı təsdiqlənib.

Ekspertlərin fikrincə, təcili tədbirlər görülmədiyi təqdirdə, vəziyyət kəskin şəkildə pisləşə bilər. Danimarkanın Baş naziri Mette Frederiksenin hazırkı vəziyyətlə bağlı mətbuat konfransı gözlənilir./publika.az

Xəbər lenti