Xəzər Xəbər

Ərdoğan nazirləri toplayıb ÇAĞIRIŞ ETDİ

Dünya | 08:26 • 9 Dekabr 2021
Ərdoğan nazirləri toplayıb ÇAĞIRIŞ ETDİ

Hədəfimiz sərmayə qoyuluşunun, məşğulluğun, istehsalın və ixracatın artırılması və inkişafdır. Yeni iqtisadi siyasətimizin əsasını davamlı istehsalın qorunması, məşğulluğun təmin edilməsi və rifahın yaxşılaşdırılması təşkil edəcək.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa ənənəvi müraciətində deyib.

Quraqlığa görə zərər çəkən 651 istehsalçıya ümumilikdə 2,6 milyard lirə məbləğində kompensasiya ödəniləcəyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, süni qiymət artımına yol verilməyəcək. Prezident sərmayə yatırmaq imkanı olanları Türkiyənin yeni iqtisadi inkişaf proqramına qoşulmağa dəvət edib.

Qeyd edək ki, son vaxtlar Türkiyənin milli valyutası ABŞ dolları ilə müqayisədə xeyli ucuzlaşıb. Bunu nəzərə alan hökumət maliyyə və iqtisadi böhranların yaranmaması üçün ciddi tədbirlər görməyə başlayıb.

Xəbər lenti

Çox oxunanlar