Xəzər Xəbər

Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək

Dünya | 10:54 • 7 May 2021
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək

Səudiyyə Ərəbistanı qəsdən koronavirusa yoluxdurmağa görə 133 min dollar cərimə və 5 ilədək həbs cəzası tətbiq edib.

Bu barədə ölkənin səlahiyyətli qurumları məlumat verib.

Bundan başqa Səudiyyə Ərəbistanında COVID-19 pandemiyası haqqında şayiələr və bilərəkdən yalan məlumatlar yaymağa görə 266 min dollar ödəniləcək. Birləşmiş Ərəb Əmirliklərində isə qəsdən koronavirusa yoluxdurmağa görə 27 min dollar cərimə tətbiq edilir./trend

Xəbər lenti