Xəzər Xəbər

ABŞ-ın Venesuelaya qarşı sanksiyaları işə yaramayıb

Dünya | 09:21 • 9 Mart 2021
ABŞ-ın Venesuelaya qarşı sanksiyaları işə yaramayıb

Vaşinqton Venesuelaya qarşı birtərəfli sanksiyaları ləğv etməyəcək. Bununla belə, Co Bayden administrasiyası Karakasa qarşı sanksiyaların indiyədək işə yaramadığını və bu ölkənin rəsmilərinə çoxtərəfli təzyiqlər göstəriləcəyini bildirib.

“RİA Novosti” xəbər yayıb ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli bir nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

“Biz sanksiya rejimini yenidən nəzərdən keçirmək hüququnu özümüzdə saxlayırıq, lakin Nikolas Maduro rejimi danışıqlar masasına oturmağa hazır olduğunu göstərməyincə, sanksiyaları ləğv etməyə tələsmirik. ABŞ sanksiyaları ləğv etməyə tələsmir, amma etiraf edilməlidir ki, dörd ildir tətbiq edilən birtərəfli sanksiyalar bu ölkədəki son seçkilərin nəticələrini dəyişdirməkdə uğurlu olmayıb. Rejim sanksiyalara uyğunlaşıb, neft bazarları çoxdan neft sanksiyaları ilə uyğunluq tapıb”, - deyə administrasiya rəsmisi vurğulayıb. Qeyd edək ki, ABŞ Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətini tanımır və ölkə müxalifətinin lideri Xuan Quaydonu dəstəkləyir.

Xəbər lenti