Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı artır: 60 ölü

Dünya | 14:15 • 17 May 2020
Ermənistanda koronavirusa yoluxanların sayı artır:

Ermənistanda koronavirusa yoluxanların sayı 4500 nəfərə çatıb. Son sutkada Ermənistanda 189 yoluxma qeydə alınıb.

Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 4472 nəfər olub.

İndiyəsək koronovirusdan Ermənistanda 60 nəfər ölüb. Onlardan 5-i son sutkanın payına düşür.

Qeyd edək ki, Ermənistanda koronavirusla əlaqədar martın 16-dan fövqəladə vəziyyət elan olunub. Hökumətin qərarı ilə fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.


Xəbər lenti