Xəzər Xəbər

Çindən Türkiyəyə gətirilən azərbaycanlılar xəstəxanaya yerləşdirlib

Dünya | 09:54 • 2 Fevral 2020
Çindən Türkiyəyə gətirilən azərbaycanlılar xəstəxanaya yerləşdirlib

Çinin Uhan şəhərindən xüsusi təyyarə və tibbi heyətlə birgə təxliyə olunaraq Türkiyəyə gətirilən 42 nəfər artıq Ankaradakı Zəkai Tahir Burak adına xəstəxanaya yerləşdirilib.


Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca keçirdiyi mətbuat konfransında deyib.


Onun verdiyi məlumata görə, Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.


Həmçinin karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün də ayrı otaqlar hazırlanıb.


Karantində saxlanılan şəxslər 14 gün ərzində hər 3 gündən bir təkrar müayinədən keçirləcək.

Xəbər lenti