Xəzər Xəbər

Ruhani Zelenskidən ÜZR İSTƏDİ

Dünya | 10:45 • 12 Yanvar 2020
Ruhani Zelenskidən

İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib.

Bu barədə Sputnik məlumat yayıb.

Ruhani sərnişin təyyarəsinin raketlə vurulmasına görə Zelenskidən İran adına üzr istəyib.

Ukrayna Prezidenti Vladimir Zelenski isə Ruhani ilə aralarında baş tutan telefon danışığı ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

"Ruhani ilə danışdıq. Təyyarənin vurulmasının qəbul edilməsi doğru addımdır. Qəzada həlak olanların şəxsiyyət vəsiqələrinin dərhal təslim edilməsi və cənazələrinin Ukraynaya göndərilməsi məsələsində təkid edirəm. Günahkarlar cavab verməlidir. Hüquqi və texniki əməkdaşlığı səbirsizliklə gözləyirik”, - Zelenski qeyd edib./publika.az

Xəbər lenti