Xəzər Xəbər

Rusiyada yük maşını ilə sərnişin mikroavtobusu toqquşub, 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Dünya | 10:46 • 10 Noyabr 2019
Rusiyada yük maşını ilə sərnişin mikroavtobusu toqquşub, 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Krasnoyarsk diyarının Novoselovski rayonunda "KamAZ” markalı yük maşını ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.


Xezerxeber.az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə regional Yol Polis İdarəsi məlumat yayıb.


Qeyd edilib ki, mikroavtobusda 15 nəfər olub.


Xəsarət alanlar Novoselovski xəstəxanasına yerləşdirilib.


Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb edilib.


Polis hadisənin başvermə səbəblərini araşdırır.

Xəbər lenti