Xəzər Xəbər

Avstraliyada meşə yanğınlarında 3 nəfər ölüb

Dünya | 09:59 • 10 Noyabr 2019
Avstraliyada meşə yanğınlarında 3 nəfər ölüb

Avstraliyada meşə yanğınlarında 3 nəfər ölüb.


Xezerxeber.az-ın məlumatına görə, yağınlar zamanı əksəriyyəti yanğınsöndürənlər olmaqla, 30 nəfər də xəsarət alıb.


Meşə yanğınları ilə əlaqədar 1000-dən çox insan evakuasiya edilib, 150-yə qədər ev yanıb.


Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidməti sürətlə yayılan yanğınların qarşısını ala bilmədiklərini açıqlayıb. Meşə yanğınları Kvinslend ştatı sərhədlərindən cənub sahillərinə qədər, o cümlədən Mərkəzi Qərb regionu ərazisini əhatə edir.


Xəbər lenti

Çox oxunanlar