Xəzər Xəbər

Avstriyada təyyarə qəzasında 3 nəfər ölüb

Dünya | 11:20 • 20 İyul 2019
Avstriyada təyyarə qəzasında 3 nəfər ölüb

Avstriyanın Tirol əyalətindəki Lötaş bölgəsində "Cirrus SR22GTS X” tipli kiçik təyyarə qəza nəticəsində dağlıq əraziyə düşüb. 


Xezerxeber.az Reuters agentliyinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan 3 nəfər həlak olub.


Agentliyin xəbərində deyilir ki, dağlıq əraziyə dərhal xilasedicilər göndərilib. Lakin təyyarə yerə çırpılaraq yanıb və insanları xilas etmək mumlun olmayıb. Yerli mülki aviasiya departamentinin mütəxəssisləri qəzanın səbəblərini araşdırırlar.

Xəbər lenti