Xəzər Xəbər

Çinin iqtisadiyyatı ilin birinci yarısında 6,3 faiz artıb

Dünya | 09:54 • 15 İyul 2019
Çinin iqtisadiyyatı ilin birinci yarısında 6,3 faiz artıb

Bu ilin birinci yarısında Çində ümumi daxili məhsulun (ÜDM) artım tempi 6,3 faiz təşkil edib.


AZƏRTAC Çin Milli Statistika Bürosuna istinadla xəbər verir ki, ilin birinci yarısında Çində ÜDM-in ümumi məbləği 45,09 trilyon yuana (təxminən 6,55 trilyon ABŞ dolları) çatıb. Müvafiq olaraq birinci rübdə artım 6,4 faiz, ikinci rübdə isə 6,2 faiz olub. İlin ikinci rübü üzrə artım tempi Çində iqtisadiyyatın inkişafında rekordların başladığı 1992-ci ildən bəri ən aşağı göstəricidir.


Qeyd edək ki, Çin hökuməti bu il üçün ÜDM artımını 6-6,5 faiz arasında hədəfləyib.


Çin Milli Statistika Bürosunun məlumatına əsasən, yanvar-iyunda əhalinin orta gəliri 6,5 faiz çoxalaraq 15 min 294 yuana (2225 dollar) çatıb. Şəhər yerlərində isə bu rəqəm 21 min 342 yuan (3100 dollar) olub. İlin birinci yarısında ölkədə 7,73 milyon yeni iş yeri açılıb. Bu, illik hədəfin 67 faizini təşkil edir.


Yarım ildə Çində ixrac 6,1 faiz, idxal isə 1,4 faiz çoxalıb.

Xəbər lenti