Xəzər Xəbər

Tbilisidə etiraz aksiyası keçirilib

Dünya | 09:27 • 14 İyul 2019
Tbilisidə etiraz aksiyası keçirilib

İyulun 13-də Gürcüstanın paytaxtı Tbilisidə parlamentin binası qarşısında aksiya yenidən bərpa olunub.


Xezerxeber.az xəbər verir ki, sayca 24-cü olan aksiyanın tələbi dəyişməz qalır. Onlar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.


Təşkilatçılar DİN rəhbəri istefa verənə qədər dinc aksiyanı davam etdirəcəklərini bildiriblər.


Məlumat üçün qeyd edək ki, eyni tələblə parlamentin binası önündə quraşdırılmış çadırlarda bir neçə gənc 20 günə yaxındır aclıq aksiyası keçirir. Bu gün onlardan ikisinin səhhətində problem yaranıb. Hər iki gənc xəstəxanaya yerləşdirilib.

Xəbər lenti