Xəzər Xəbər

PKK/YPG Münbiçi Əsədə təhvil verdi

Dünya | 15:03 • 28 Dekabr 2018
PKK/YPG Münbiçi Əsədə təhvil verdi

Bu gün Bəşər Əsədə bağlı olan Suriya ordusu PKK/YPG qüvvələrinin olduğu Menbiç rayonuna daxil olub.

XəzərXəbər Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Əsədə bağlı olan rejim ordusu artıq şəhərdə Suriya bayrağını dalğalandırıblar.

Bu barədə açıqlama yayan ordu rəhbərliyi bildirib ki, Menbiçdəki bütün insanların təhlükəsizliyinə tam təminat verirlər.

Xatırladaq ki, Türkiyə ordusu Menbiçə daxil olub, oradakı PKK/YPG terrorçularını təmizləmək üçün  həftələrdir hərbi əməliyyat hazırlığı görürdü.

Xəbər lenti