Xəzər Xəbər

997 fərari təhlükə qarşısında: bütün SİRLƏR AÇILDI

Dünya | 14:58 • 28 Dekabr 2018
997 fərari təhlükə qarşısında:

Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçıb Cənubi Koreyaya sığınmış 997 nəfər haqqında fərdi məlumatlar kompüterdən oğurlanıb.

Cənubi Koreyaya sığınmış KXDR vətəndaşlarının məskunlaşması məsələləri ilə məşğul olan mərkəzdəki kompüterlər haker hücumuna məruz qalıb. Hələlik haker hücumunun haradan və kim tərəfindən edildiyi bilinmir.

Cənubi Koreyanın Birləşmə Nazirliyi bəyan edib ki, oğurlanan fərdi məlumatlar arasında KXDR-dən qaçıb gələnlərin adları, doğum tarixləri, yaşayış ünvanları da var. Fərdi məlumatları oğurlanmış şəxslər məsələ barədə xəbərdar edilib.

Qeyd edək ki, hazırda Cənubi Koreyada KXDR-dən qaçıb sığınmış təxminən 30 min nəfər yaşayır. Onların yenidən məskunlaşması məsələləri ilə məşğul olan 25 mərkəz fəaliyyət göstərir.

Xəbər lenti