Xəzər Xəbər

Xəstə oğlunu görmək istəyən yəmənli anaya ABŞ viza vermir

Dünya | 16:41 • 18 Dekabr 2018
Xəstə oğlunu görmək istəyən yəmənli anaya ABŞ viza vermir

Amerika-İslam Əlaqələri Şurasından (CAIR) bildiriblər ki, Kaliforniyadakı xəstəxanada genetik beyin problemlərinə görə müalicə alan və süni nəfəs aparatına bağlı olan 2 yaşlı Abdulla Hassanın anası Şaima Svilehi ABŞ-a buraxmayıblar. Səbəb isə ABŞ prezidenti Donald Trampın 7 ölkəyə tətbiq etdiyi viza qadağasıdır. Hazırda uşağın vəziyyəti ağırdır.

FaktXəbər bildirir ki, uşağın atası Əli Hassan ananın uşağını görməsi üçün sağlamlıq vəziyyətinə görə mülki viza müraciəti etdiyini, ancaq vizanın nə zaman veriləcəyinin bəlli olmadığını deyib.

Özü və oğlu Amerika vətəndaşı olan atanın müalicə üçün bir neçə ay əvvəl ABŞ-a gəldiyi bildirilən açıqlamada həmçinin qeyd edilir ki, uşağın nə zamana kimi yaşayacağı məlum deyil.

Ata Əli Hassan isə verdiyi açıqlamada, "oğlum Abdullahın anasına ehtiyacı var. Həyat yoldaşım hər gün mənə zəng vurur və oğlunu qucaqlamaq, öpmək istədiyini deyir", - söyləyir.

ABŞ prezidenti Trampın əhalisinin əksəriyyəti müsəlman olan Yəmən və 6 ölkəyə qarşı tətbiq etdiyi viza qadağası məhkəməyə verilsə də, hələ də bu ölkələrin vətəndaşlarının ABŞ-a girişində çətinlik var.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Xəbər lenti

Çox oxunanlar