Xəzər Xəbər

Fransada nəhəng rəqəmsal şirkətlərdən Gafa vergisi tutulacaq

Dünya | 08:51 • 18 Dekabr 2018
Fransada nəhəng rəqəmsal şirkətlərdən Gafa vergisi tutulacaq

Fransa nəhəng rəqəmsal şirkətlərdən Gafa vergisi tutacaq.


AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Brüno Lö Mer bildirib.


Qeyd edib ki, nəhəng rəqəmsal şirkətlər 2019-cu il yanvarın 1-dən Gafa (Google, Apple, Facebook, Amazon, və sair..) vergisi ödəyəcəklər. Fransa bu verginin tutulması ilə bağlı Avropa Birliyinin qərar qəbul etməsini gözləməyəcək.


2019-cu il üçün bu nəhəng rəqəmsal şirkətlərdən tutulacaq verginin illik həcmi 500 milyon avro hesablanıb. Fransalı nazir bildirib ki, bu pulları əldən vermək olmaz. Bu nəhəng rəqəmsal şirkətlər fransız istehlakçılarının hesabına böyük gəlir əldə edirlər və kiçik müəssisələr kimi 14 faiz vergi ödəyirlər.


Avropa İttifaqı yaşıl işıq verdikdən sonra Gafa vergisinin həcmi nəhəng rəqəmsal şirkətlərin əmtəə dövriyyəsindən asılı olaraq müəyyən ediləcək.

Xəbər lenti