Xəzər Xəbər

İsveçrədə yol qəzası nəticəsində 40 nəfərdən artıq yaralı, 1 ölü var

Dünya | 12:57 • 16 Dekabr 2018
İsveçrədə yol qəzası nəticəsində 40 nəfərdən artıq yaralı, 1 ölü var

İsveçrənin Sürix kantonunda baş verən yol qəzası nəticəsində azı 1 nəfər ölüb, 40 nəfərdən çox xəsarət alan var. Trend-in məlumatına görə, bu barədə yerli polis "Twitter” sosial şəbəkəsinə yazıb.

Avtobus İtaliyanın Genuya şəhərindən Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edirmiş. Hadisənin baş vermə səbəbi məlum deyil. Hadisə yerində xilasedicilər iş görür.

Həkimlər xəsarət alan 3 nəfərin vəziyyətini ağır olaraq qiymətləndirir.

Xəbər lenti