Xəzər Xəbər

Ermənistanda keçmiş deputat güllələnib

Dünya | 09:02 • 7 Oktyabr 2018
Ermənistanda keçmiş deputat güllələnib

Ermənistan parlamentinin keçmiş deputatı Karo Karapetyan paytaxt İrəvanda restoranlardan birində güllələnib.


Xezerxeber.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan məlumat verib.


"İlkin məlumatlara görə, İrəvandakı restoranlardan birində mübahisə zamanı atəş açılıb, nəticədə parlamentin sabiq deputatı Karo Karapetyan yaralanıb. Xəstəxanaya aparsalar da, həkimlər onu xilas edə bilməyiblər", - deyə Truzyan bildirib.

Xəbər lenti