Xəzər Xəbər

“Taliban” 3 sərnişin avtobusunu qaçırıb

Dünya | 10:12 • 20 Avqust 2018
“Taliban” 3 sərnişin avtobusunu qaçırıb
"Taliban” silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətinin Xan Abad rayonunda 3 sərnişin avtobusunu qaçırıb.


Avtobusdakı sərnişinlərin xilas edilməsi üçün əraziyə qoşun göndərilib. Hazırda bölgədə şiddətli döyüşlərin getdiyi deyilir.


Qeyd edək ki, ötən gün Əfqanıstan prezidenti Əşrəf Qəni "Taliban"la Qurban bayramı münasibəti ilə atəşkəs rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.

Xəbər lenti