Xəzər Xəbər

ABŞ açıqladı: Trampla Putin görüşəcək

Dünya | 14:54 • 24 İyun 2018
ABŞ açıqladı:

ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyini açıqlayıb.


Görüş Trampın Milli Təhlükəsizlik Katibi Con Boltonun Moskva ziyarətindən sonra reallaşa bilər. Boltonun bu gün və ya sabah Rusiyaya səfəri gözlənilir.


Məsələ ilə bağlı danışan rəsmi Kremlin sözçüsü Dimitri Peskov iki ölkə liderinin görüşü barədə məlumat olan kimi deyəcəklərini açıqlayıb.


Qeyd edək ki, ötən günlərdə Donald TrampVladimir Putinin iyul ayında görüşəcəyi barədə xəbərlər yayılmışdı.

Xəbər lenti